29 
Mar
2017
12:23
16
704
28581
Virtual karabakh

7 yaşlı övladını vəhşicəsinə öldürən şəxslə bağlı ŞOK FAKTLAR + YENİLƏNİB

29 Mar, 2017
12:23
28581

7 yaşlı övladını vəhşicəsinə öldürən şəxslə bağlı ŞOK FAKTLAR + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən axşam saatlarında Sabirabad rayonunun Ulacalı kəndində 7 yaşlı oğlunu xüsusi amansızlıqlıa öldürən 27 yaşlı Məmmədov Röyal Şakir oğlunun əvvəllər hansı cinayətlərə görə məhkum edildiyi məlum olub.

Oxu.Az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, övladının başına çəkiclə zərbələr endirərək onu vəhşicəsinə öldürən Röyal Məmmədov əvvəllər oğurluq etdiyinə və hərbi xidmətdə olarkən postu qoyub silahı ilə birgə qaçdığına görə məhkum edilibmiş.

O, Cinayət Məcəlləsinin ümumilikdə 4 maddəsi ilə - 177.1 (Oğurluq), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 338.1 (Döyüş növbəsi çəkmə qaydalarını pozma, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) və 349.1 (Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda) təqsirli bilinərək həbs edilib və bu ilin yanvar ayında həbsdən çıxıb.

Bildirilir ki, R.Məmmədov hərbi xidmətə getməzdən əvvəl evlənibmiş, o, sevdiyi qızı qaçıraraq onunla ailə qurubmuş.

Qeyd edək ki, məlum cinayətlə bağlı araşdırmalar davam etdirilir, R.Məmmədov tutularaq istintaqa təhvil verilib.

08:49

Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu amansızlıqla öldürüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı (2010-cu il təvəllüdlü) oğlu – Röyamini xüsusi amansızlıqla  qətlə yetirib.

Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

00:27

Sabirabad rayonunun Ulacalı kəndində dəhşətli qətl törədilib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, kənd sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov yeddi yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.

Röyal Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri