30 
Mar
2017
00:11
147
274
32208
Virtual karabakh

Övladı öldürülən ana: Ərimin başının kəsilməsini istəyirəm – VİDEO

30 Mar, 2017
00:11
32208

Övladı öldürülən ana: Ərimin başının kəsilməsini istəyirəm – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad rayonu Ulacalı kənd sakini 30 yaşlı Röyal Məmmədov yeddi yaşlı oğlu Röyamini xüsusi amansızlıqla qətlə yetirib. Uşağın başına 6 çəkic zərbəsi vurub.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, narkotik maddə aludəçisi olan Röyal həyat yoldaşından və qaynanasından pay torpağını satıb, pulunu ona vermələrini tələb edib.

Bu səbəbdən Röyal Məmmədov ilə həyat yoldaşı Günel Məmmədova arasında daima münaqişə yaşanıb. Növbəti dəfə aralarında yaranan mübahisə zamanı bıçağa əl atan Röyal arvadının başını kəsməklə hədələyib. Bundan qorxan Günel Məmmədova qaçaraq evin zirzəmisində gizlənib. Bu zaman Röyal 7 yaşlı oğlunu aldadaraq anasının yanına aparacağını deyib.

“Uşağı aldadıb aparıblar. O insanın başının kəsilməsini istəyirəm. Uşağım ölüb o, da öləcə”, - Günel Məmmədova deyib.

Röyal Məmmədov ona pul verməyən arvadının qisasını yeddi yaşlı oğlu Röyamidən almaq istəyib, oğlunu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və tikilinin zirzəmisində uşağın başına altı çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Qeyd olunur ki, Röyal Məmmədov dəfələrlə həyat yoldaşı və qaynanasına məxsus əşyaları sataraq, pulunu şəxsi məqsədləri üçün mənimsəyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri