30 
Mar
2017
12:26
50
86
2358
Virtual karabakh

Aksiz markasız xeyli sayda araq və siqaret müsadirə edilib

30 Mar, 2017
12:26
2358

Aksiz markasız xeyli sayda araq və siqaret müsadirə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Mercedes Benz” markalı avtomobildə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan araqların və siqaretlərin olması barədə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Ağstafa rayonu ərazisində saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindən və ön ayaqaltılarının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 111 ədəd 1.0 litrlik “Nemiroff” markalı araqlar, aksiz markası ilə markalanmayan 1800 ədəd “Marlboro Gold Edge”, 600 ədəd “Marlboro Gold Touch” və 600 ədəd “Marlboro Filter Plus” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri