30 
Mar
2017
18:52
41
206
6356
Virtual karabakh

Şəmkirdə silahlı insident olub: İki nəfər güllələnib

30 Mar, 2017
18:52
6356

Şəmkirdə silahlı insident olub: İki nəfər güllələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayonunda silahlı insident olub.

Oxu.Az Report-a istinadın xıbır verir ki, hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.

Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus “Niva” markalı avtomobildə ayağından güllələnib.

Təfərrüatı hələ ki, məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb.

Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdirilib.

Şəmkir Rayon Polisi Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri