31 
Mar
2017
00:01
40
233
6303
Virtual karabakh

Qəbələdə qısqanc ər arvadının qanını tökdü

31 Mar, 2017
00:01
6303

Qəbələdə qısqanc ər arvadının qanını tökdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonu Böyük Pirəli kəndində qətl hadisəsi törədilib. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, kənd sakini 1982-ci il təvəllüdlü Ağababyev Vasif Akif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb. 

Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Rayon sakinlərinin sözlərinə görə, hadisə qısqanclıq səbəbindən baş verib.
 
Vasif  Ağababyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.    

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri