13 
Apr
2017
16:13
301
13
4711
Virtual karabakh

Bakıda erməni əsilli Marat Ueldanovun məhkəməsi başlayır

13 Apr, 2017
16:13
4711

Bakıda erməni əsilli Marat Ueldanovun məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri