15 
Apr
2017
13:23
82
524
23871
Virtual karabakh

Bakı-Qazax yolunda 30 km-ə 10 radar var – VİDEO

15 Apr, 2017
13:23
23871

Bakı-Qazax yolunda 30 km-ə 10 radar var – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstandan Bakıda istiqamətdə “Qırmızı körpü” deyilən ərazidən gələrkən yolda 30 km-ə 10 radar quraşdırılıb. 

Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə sürücülərdən biri maraqlı video paylaşıb. 

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkət edən sürücü yoldakı radarları saymağı qərara alıb. Nəticədə təxminən hər 3 km məsafəyə 1 radarın düşdüyü ortaya çıxıb.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, radarlar istənilən yerdə hətta 100 metrdən bir də quraşdırıla bilər.

“Sürücü yolda radarların olmasından niyə narahat olmalıdır ki? Bəlkə heç yolda radar yoxdur. Sən qaydalara əməl et. Yanaşma bu cür olmalıdır. Bizdə radarlarla bağlı çox yanlış yanaşmalar var. Elə bilirlər ki, yola radar quraşdırıblar ki, kimisə güllələyələr. Konkret olaraq desək yolda radarın hansı məsafədən bir qoyulmasına dair heç bir meyar yoxdur. Bu heç kimi narahat etməməlidir. Siz qaydalara riayət edin.” - deyə Ərşad Hüseynov bildirib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri