16 
Apr
2017
11:03
32
397
23622
Virtual karabakh

Azərbaycanda borca düşən biznesmen özünü asdı

16 Apr, 2017
11:03
23622

Azərbaycanda borca düşən biznesmen özünü asdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Oxu.Az report.az-a istinadən bildirir ki, 1971-ci il təvəllüdlü Abdullayev Fərman Rəhman oğlu yaşadığı evdə özünü asıb. Abşeron Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış zamanı onun intihardan əvvəl məktub yazıb qoyduğunu müəyyən ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bildirilir ki, F.Abdullayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olurmuş və “Eurohome” tikinti materialları bazarında işləyirmiş. İş adamının son vaxtlarda xeyli borcu yaranıb və problemdən çıxmağa çalışırmış.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri