19 
Apr
2017
09:55
29
123
4009
Virtual karabakh

Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb – FOTO

19 Apr, 2017
09:55
4009

Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kafedə xidmətçi işləyən qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb.

Oxu.Az "Report"-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Mor-Mor” kafesində xidmətçi işləyən 1984-cü il təvəllüdlü Hümbətəliyeva Tərgül Məzahir qızı müştəri tərəfindən bıçaqlanıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. 

T.Hümbətəliyeva polisə ifadəsində bildirib ki, o, 4 aydır qeyri-rəsmi nikahda yaşadığı (həmin şəxsin adı hələlik açıqlanmır) kişi tərəfindən bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Z.Q

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri