21 
Apr
2017
11:33
16
448
14669
Virtual karabakh

Tovuz sakini ehtiyatsızlıqdan qardaş qatili oldu – YENİLƏNİB

21 Apr, 2017
11:33
14669

Tovuz sakini ehtiyatsızlıqdan qardaş qatili oldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Tovuz rayonunda 15 yaşlı yeniyetmənin 22 yaşlı qardaşını güllələyərək öldürməsi hadisəsinin şok təfərrüatı üzə çıxıb.

Oxu.Az-ın Lent.az-a istinadla məlumata görə, İbrahimhacılı kənd sakini, 2002-ci ilin 6 mart tarixində anadan olmuş İbrahim İsmayılov qardaşı, 1995-ci ilin 20 mart tarixində anadan olmuş Sərxan və iki qonşusu ilə dağətəyi əraziyə ova gedib. Burada ov edə bilməyən gənclər saat 16:30 radələrində tüfəngi bir-birinin başına dirəyərək maraqlı şəkil çəkdirmək qərarına gəliblər və əvvəlcə Sərxan 15 yaşlı qardaşının başına silah dayayaraq şəkil çəkdirib.

Daha sonra isə eyni formada şəkil çəkdirmək üçün kiçik qardaşı Sərxanın başına silah dirəyib. Bu zaman onun barmağı ehtiyatsızlıqdan tüfəngin tətiyinə ilişib və atəş açılıb. Yaxın məsafədən açılan atəş 22 yaşlı Sərxan İsmayılovun yerindəcə ölümünə səbəb olub.

Hadisədən sonra ailə üzvləri və qohumları 15 yaşlı İbrahimin polis tərəfindən aparılmasına qarşı çıxıb. O, dindirildikdən sonra gecə saatlarında evinə qaytarılıb.

Bildirilir ki, gənclərin atası ortancıl oğlu ilə Rusiyada işləyir və dünən gecə saatlarında hadisədən xəbər tutan kimi təcili Azərbaycana gəlib.

20 aprel, 19:49

Tovuz rayonunda qardaş qardaşı tüfənglə gülləyərək qətlə yetirib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun İbrahimhacılı kəndinə baş verib. 

Belə ki, kənd sakini, 1995-cu il təvəllüdlü Sərxan Şaiq oğlu İsmayılov qardaşı, 2002-ci il təvəllüdlü İbrahim Şaiq oğlu İsmayılovun həyətdə olarkən 16 mm çaplı ov tüfəngi ilə açdığı güllə ilə ölüb.

Mərhumun yaxınları ehtiyatsızlıq səbəbindən onun əlindəki tüfəngin açıldığını və güllənin qardaşına dəydiyini bildiriblər. 

Məlumata görə, qardaşlar videoçəkiliş aparırlarmış.

Bu zaman qardaşlardan biri tüfəngi digərinin başına tuşlayıb və içərisində güllə olmadığını düşünərək atəş açıb. Nəticədə başından güllə yarası alan Sərxan İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri