20 
Apr
2017
14:31
245
95
12147
Virtual karabakh

Bakıda keçmiş məhkum polislərin üzərinə kimyəvi məhlul atıb – YENİLƏNİB

20 Apr, 2017
14:31
12147

Bakıda keçmiş məhkum polislərin üzərinə kimyəvi məhlul atıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçmiş məhkumun polis əməkdaşlarının üzərinə kimyəvi məhlul tökməsi və özünün də intihar etməsi barədə xəbər vermişdik. 

Oxu.Az-ın Unikal.org-a istinadən məlumatına görə, xəsarət alan polis əməkdaşı Məhərrəmli Elşaddır. 

O, Yasamal rayon Mühafizə İdarəsində çalışır. Hadisə baş verdikdən sonra həmin polis əməkdaşı aldığı xəsarətlə əlaqədar DİN-nin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib. 

Hospitaldan Unikal.org-a bildirilib ki, Məhərrəmli Elşadın hadisə nəticəsində üz və boyun nahiyəsi yanıb. Hazırda ona lazımi tibbi xidmət göstərilir. Vəziyyəti orta-kafi qiymətləndirilir.

12:55

Bakıda keçmiş məhkum polis əməkdaşların üzərinə kimyəvi məhlul atıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Yasamal Rayon Polis İdarəsindən APA-ya məlumat verilib.

Hadisə Azərbaycan prospektində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron sakini Nailə Sadıqova arasında mübahisə düşüb. Bu zaman N.Sadıqova həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarını köməyə çağırıb.

Polis əməkdaşları E.İbrahimovu intizama dəvət etmək istəyib. Bu zaman E.İbrahimov əlindəki şüşə qabda olan kimyəvi məhlulu iki polis əməkdaşının və N.Sadıqovanın üzərinə atıb. E.İbrahimov daha sonra qalan məhlulu içib.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E.İbrahimov orada dünyasını dəyişib.  

Faktla bağlı araşdırma aparılır. 

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri