20 
Apr
2017
18:32
26
243
23254
Virtual karabakh

Əvvəlcə nişanlısına söz atdı, sonra özünü bıçaqladı – FOTO

20 Apr, 2017
18:32
23254

Əvvəlcə nişanlısına söz atdı, sonra özünü bıçaqladı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran şəhərində bıçaqlanma olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə “Xan evi”nin qarşısında baş verib. 

Belə ki, Lənkəran rayonunun Nərimanabad-1 qəsəbə sakini, 26 yaşlı Şahin İlham oğlu Əliyev bir neçə bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İlkin məlumata görə, münaqişə Ş.Əliyevin yanında olan nişanlısına qarşı tərəfin söz atması olub. Nəticədə iki tərəf arasında mübahisə yaranıb. Ş.Əliyevi bıçaqlayan şəxsin Şağlakücə kənd sakini Əlizadə Cavid Rəssam oğlu olduğu müəyyənləşib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür. 

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Z.Q

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri