20 
Apr
2017
16:15
28
352
7240
Virtual karabakh

Rusiyada azərbaycanlılar arasında kütləvi dava: Ölən və xəsarət alanlar var

20 Apr, 2017
16:15
7240

Rusiyada azərbaycanlılar arasında kütləvi dava: Ölən və xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

Hadisə doğum günü münasibətilə “Vstreça” kafesində təşkil olunan məclisdə baş verib.

Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri