26 
Apr
2017
08:47
7
170
2672
Virtual karabakh

Yasamal qəbiristanlığında 18 yaşlı gənc bıçaqlanıb

26 Apr, 2017
08:47
2672

Yasamal qəbiristanlığında 18 yaşlı gənc bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisədən sonra o özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri