27 
Apr
2017
08:34
16
147
6077
Virtual karabakh

Bakıda 22 yaşlı gənc ağzından bıçaqlanıb

27 Apr, 2017
08:34
6077

Bakıda 22 yaşlı gənc ağzından bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda gənc oğlan ağzından bıçaqlanıb.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Əhmədov Tərlan Əfqan oğluna ağzının sağ nahiyəsindən bıçaqla xəsarət yetirilib. T. Əhmədov xəstəxanaya yerləşdirilib.

O, polisə ilkin ifadəsində yıxıldığını, bu zaman ağzını şüşə kəsdiyini deyib. Lakin Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları T.Əhmədovun ifadəsinin yalan olduğunu üzə çıxarıblar.

Məlum olub ki, 22 yaşlı gənc mübahisə zamanı bıçaq xəsarəti alıb. Hazırda ona xəsarət etmiş şəxsin kimliyi araşdırılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri