27 
Apr
2017
21:18
383
68
31096
Virtual karabakh

Şərikini vəhşicəsinə döydürən tanınmış iş adamı tutuldu – VİDEO

27 Apr, 2017
21:18
31096

Şərikini vəhşicəsinə döydürən tanınmış iş adamı tutuldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirli iş adamı Elbrus Məmmədov keçmiş şərikini vəhşicəsinə döydürdüyü üçün həbs edilib.

Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, DİN-nin Baş Cinayət Axtarış İdarəsinin əməliyyatçıları ilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburq şəhər sakini, iş adamı, eyni zamanda Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Olimpus” MTK-nın sahiblərindən biri, əslən Şəmkir rayonunun Şiştəpə kəndindən olan Elbrus Qədir oğlu Məmmədov həbs edilib.

Məlumata əsasən, iş adamının həbsi onun vaxtilə şəriki olmuş Rauf Məmmədovu amansızcasına döydürməsinə görə gerçəkləşdirilib. Hadisə 10 gün əvvəl Bakının mərkəzi küçələrindən birində baş verib. Rauf Məmmədovu vəhşicəsinə döyüb başına küt alətlə zərbələr endiriblər. Onun başının dərisi parça-parça olub, yara yerinə tikiş qoyulub.

Bu haqda sayta məlumat verən Elbrus Məmmədovun şəriklərindən biri olmuş Ruslan Abbasov deyib ki, Rauf Məmmədov döyüləndən sonra ona da “öldürüləcəksən” mesajı göndərilib. Ruslan Abbasov musavat.com-a bunları danışıb: 

“Mənə də xəbər göndərib ki, Rauf Məmmədovla haqq-hesabımızı çürütdük, səninlə də haqq-hesab çəkəcəyik. Bu il fevralın 11-də Elbrus Məmmədov şəriki Mahir Qarayevə məni də döydürüb. 

Hadisə Həsən Əliyev küçəsi 111-də baş verib və həmin hadisənin videosu da məndə var, polisə təqdim etmişəm. Mənim Elbrus Məmmədovdan 100 min dollar alacağım var. Şikayətimdən sonra Bakı Şəhər Baş Polis İdarəsində Mahir Qarayevin barəsində cinayət işi başlanıb. Tələb edirəm ki, mənim döyülməm faktı üzrə də Elbrus Məmmədovu cinayət məsuliyyətinə cəlb etsinlər”. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri