27 
Apr
2017
23:26
37
308
18489
Virtual karabakh

Bakıda ölən dayısının evindən oğurluq edən qız saxlanılıb – VİDEO

27 Apr, 2017
23:26
18489

Bakıda ölən dayısının evindən oğurluq edən qız saxlanılıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dayısının evindən oğurluq edən gənc qız tutulub. 

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Nərimanov rayonu ərazisindəki mənzillərin birində qeydə alınıb.

Paytaxt sakini Lalə İspəndiyarova polisə müraciət edərək, evindən 12500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Oğurluq hadisəsi zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib. 

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. 

Məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.

Hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri