28 
Apr
2017
17:45
259
25
6158
Virtual karabakh

Bakıda həbs edilən erməniyə hökm oxundu

28 Apr, 2017
17:45
6158

Bakıda həbs edilən erməniyə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri