28 
Apr
2017
22:41
49
327
13543
Virtual karabakh

Ucarda qayınana gəlininin qanını töküb

28 Apr, 2017
22:41
13543

Ucarda qayınana gəlininin qanını töküb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən xəbərinə əsasən, Ucar rayonu Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.

Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat edilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

G.Rəhimovanın yaxınlarının verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri