May
2017
12:31
46
385
35270
Virtual karabakh

Bakıda vəzifəli şəxs biznesmen dostunu öldürdü – YENİLƏNİB

1 May, 2017
12:31
35270

Bakıda vəzifəli şəxs biznesmen dostunu öldürdü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) vəzifəli şəxsin törətdiyi qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, aprelin 29-da Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi “Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub.

Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib. T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

F.Qasımov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Mətbuatın yaydığı məlumata görə, F.Qasımov Nəqliyyatda Baş Polis İdarəsinin Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisidir.

30.04.2017 (11:15)

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürməkdə şübhəli bilinir.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu qətlə yetirib.

Belə ki, F.Qasımov yaxın dostu, Qoşa Qaya restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobilini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib.

F.Qasımov bu gün səhər saatlarında saxlanılıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri