12 
May
2017
16:44
73
423
10444
Virtual karabakh

Taleh Bağırovu MTN-ə “satan” baş redaktor 10 min manat mükafat alıb

12 May, 2017
16:44
10444

Taleh Bağırovu MTN-ə “satan” baş redaktor 10 min manat mükafat alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bəzi məlumatlar açıqlanıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, cinayət işinin aktında MTN agenti olan qəzet baş redaktorunun Taleh Bağırovla bağlı məlumatları nazirliyə çatdırması qeyd edilib.

“TT” ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə etibarlı münasibətlər yaradılıb. 

Həmin baş redaktor Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verib, buna görə də MTN generalı Elçin Quliyevin 30.01.2014-cü il tarixli raportu ilə ona 10 min AZN birdəfəlik pul mükafatı verilib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri