13 
May
2017
17:12
451
97
27785
Virtual karabakh

Kənd mühasirəyə alındı, məhkəmədən qaçan dustaq tutuldu – YENİLƏNİB

13 May, 2017
17:12
27785

Kənd mühasirəyə alındı, məhkəmədən qaçan dustaq tutuldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Şəmkir Rayon Məhkəməsindən qaçan Eşqin Murtuzov tutulub. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki,  yanvar ayında Şəmkir rayonu ərazisində Gəncə sakini olan taksi sürücüsünü quldurluq zəminində öldürüb, avtomobilini ələ keçirən 21 yaşlı E.Murtuzov bu gün günorta saatlarında doğulduğu Seyfəli kəndində yaxalanıb. 

Polislər əməliyyat məlumatı əsasında kəndi mühasirəyə alıb. 

Dağlıq ərazi istiqamətindən doğulub böyüdüyü evə yaxınlaşan E.Murtuzov yaxalanacağını görüb yarımçıq tikilidə gizlənib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları  ondan təslim olmasını tələb ediblər. Qaça bilməyəcəyini görən gənc təslim olub.

12:55

Şəmkirdə dustaq məhkəmə zalından qaçıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Şəmkir rayonunda baş verib. 

Belə ki, Şəmkir Rayon Məhkəməsində mühakimə olunan Eşqin Murtuzov məhkəmə zalının pəncərəsindən çıxaraq qaçıb. Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən E.Murtuzovun tutulması istiqamətində tədbirlər görülür. 

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.

E.Murtuzov Gürcüstana keçmək istəyərkən “Sınıq Körpü” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Qaçırılan “VAZ-2107” markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə avtomaşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri