13 
May
2017
12:30
63
354
8279
Virtual karabakh

Azərbaycanlı qadınlar “WhatsApp”da tanış olduqları Türkiyə vətəndaşını soydular

13 May, 2017
12:30
8279

Azərbaycanlı qadınlar “WhatsApp”da tanış olduqları Türkiyə vətəndaşını soydular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı qadınlar “WhatsApp”da tanış olduqları Türkiyə vətəndaşını qarət ediblər. 

Oxu.Az-ın ARB TV-yə istinadən verdiyi məlumata görə, bu barədə zərərçəkmiş Yıldız Sürəyya Ziyan Nərimanov rayon 18-ci polis idarəsinə şikayət edib. 

O, polisə ifadəsində evindən 500 ABŞ dolları, 150 AZN və 2 mobil telefonunun oğurlandığını bildirib. Həyata keçirilmiş əməliyyat axtarışları nəticəsinə cinayət hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Qazax rayon sakini Günay Əliyeva saxlanılıb. 

Saxlanılan şəxslər hadisə günü Türkiyə vətəndaşının mənzilində əvvəlcə spirtli içki qəbul ediblər. Bu zaman Məftunə Mehdiyeva Yıldız Sürəyyanın içkisinə yuxu dərmanı qatıb. Ev sahibi yuxuya getdikdən sonra isə evi soyublar.

Məftunə Mehdiyeva ifadəsində Türkiyə vətəndaşı ilə “WhatsApp”da tanış olduğunu bildirib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri