15 
May
2017
08:42
23
358
5331
Virtual karabakh

Mingəçevirdə yanmış kişi meyiti tapılıb - YENİLƏNİB

15 May, 2017
08:42
5331

Mingəçevirdə yanmış kişi meyiti tapılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində yanmış vəziyyətdə tapılmış meyitin kimliyi məlum olub.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, hadisə 20 Yanvar küçəsi, 18 saylı binanın qarşısındakı 4 mərtəbəli köhnə tikilidə qeydə alınıb.

Belə ki, tibbi ekspertiza rəyi və polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisənin hansı səbəblərdən baş verdiyi və ölənin kimliyi müəyyən edilib. Məlum olub ki, meyiti aşkarlanan şəxs 20 Yanvar küçəsi, 31 saylı evdə qeydiyyatda olan 57 yaşlı İsmayıl İbişovdur. O, səfil həyatı sürüb. Buna görə həyat yoldaşı və iki övladı ilə münasibətləri soyuq olub.

İ.İbişov daim həmin ünvanda gecələyib. Hadisə baş verən gün isə mənşəyi bəlli olmayan spirtli içki qəbul edib. Nəticədə zəhərlənərək yuxuya dalıb və köməksiz durumda dünyasını dəyişib. İçki içdiyi zaman qaladığı ocağın közü onun üzünü yandırıb.

Qeyd edək ki, araşdırmalar başa çatdıqdan sonra İ. İbişovun meyiti torpağa tapşırılıb.

13 may, 21:40

Axşam saat 20:00 radələrində Mingəçevir şəhərində naməlum kişi meyiti tapılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yaşı təqribən 30-32 olan meyit şəhərin 20 Yanvar küçəsində yerləşən 18 saylı binanın qarşısındakı yararsız dördmərtəbəli tikilidə aşkar edilib.

İlkin ehtimala görə, meyitin üzərində yanıq əlamətləri var. Naməlum şəxsin meyiti tibbi ekspertiza üçün şəhər morquna təhvil verilib.

Faktla bağlı Mingəçevir Polis şöbəsində araşdırma aparılır.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri