15 
May
2017
14:37
197
27
2829
Virtual karabakh

Bakıda saxta əsginaslar hazırlayan şəxs tutulub

15 May, 2017
14:37
2829

Bakıda saxta əsginaslar hazırlayan şəxs tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər sakinindən saxta əsginaslar götürülüb.

Oxu.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri