15 
May
2017
15:51
274
50
6996
Virtual karabakh

Mehman Hüseynov barədə olan hökmdən kassasiya şikayəti verilib

15 May, 2017
15:51
6996

Mehman Hüseynov barədə olan hökmdən kassasiya şikayəti verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbsdə olan blogger Mehman Hüseynovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

O, kassasiya şikayətində M.Hüseynov barəsində bəraət hökmünün çıxarılmasının xahiş edildiyini bildirib.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloggerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri