15 
May
2017
23:08
40
295
4930
Virtual karabakh

Həbsxanadakı oğluna narkotik vasitə gətirən ana saxlanılıb

15 May, 2017
23:08
4930

Həbsxanadakı oğluna narkotik vasitə gətirən ana saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.5; 228.4 və 66.3-cü maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Nüsrət ilə qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Mustafayeva Tamellanın üstünə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi sellofan bükülüdə çəkisi 1.854 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri