18 
May
2017
19:16
24
182
7864
Virtual karabakh

Lənkəranda marketə basqının görüntüləri yayılıb – VİDEO

Lənkəran şəhərində marketə basqın olub.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə şəhərin Mirzə Məhəmmədhüseyn Axund küçəsində, 5 saylı tam orta məktəbin qarşısında günorta saatlarında baş verib. 

Mağaza sahibinin bildirdiyinə görə, hadisə təhlükəsizlik kamerasına da qeyd olunub. 

Belə ki, dünən səhər saatlarında Qəzənfər Məhərrəmova məxsus gündəlik tələbat malları satılan marketə daxil olan şəxs satıcıdan siqaret istəyib. Məhəllə sakini olan, əvvəllər məhkumluq həyatı yaşayan Nicat adlı şəxs isə kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla kassada oturan işçini təhdid edib və ona təzyiq göstərib. Sonra kassada olan 550 manat məbləğində pulu götürərək oradan uzaqlaşıb. 

Faktla ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində marketə basqın edən şəxs saxlanılıb. 

Hadisənin görüntüləri müşahidə kamerası tərəfindən lentə alınıb. 

Həmin görüntüləri sizə təqdim edirik:

S.B.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Kriminal xəbərləri