22 
May
2017
12:09
28
426
16534
Virtual karabakh

Biləsuvar sakini yoldaşı ilə birgə atasını öldürüb – TƏFƏRRÜAT + YENİLƏNİB

22 May, 2017
12:09
16534

Biləsuvar sakini yoldaşı ilə birgə atasını öldürüb – TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda atasını öldürən oğul həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T. Rəsulovun meyiti eksqumasiya edilib.

Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.

Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

21.05.2017 (22:37)

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadan verdiyi məlumata görə, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb. Kənd sakini Rahib Təzəbəy oğlu Rəsulov həyat yoldaşı Məleykə Rəsulova ilə birlikdə atasını öldürüb.

Qadın saxlanılıb, R. Rəsulovun axtarışları davam edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri