22 
May
2017
20:34
45
192
8121
Virtual karabakh

Qayınını qətlə yetirən şəxs məhkəmə zalından azadlığa buraxılıb

22 May, 2017
20:34
8121

Qayınını qətlə yetirən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ Rayon Məhkəməsində polis həmkarı olan keçmiş qayınını qətlə yetirməkdə təqsirləndirilən Tural Qafarovun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əzrizəsinə baxılıb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, məhkəmə müraciəti təmin edib və o, azadlığa buraxılıb. 

İttiham aktına əsasən, 2009-cu il dekabrın 1-də Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.

2010-cu ilin avqust ayının 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə T.Qafarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri