22 
May
2017
23:57
17
179
2832
Virtual karabakh

Dərman qutusundan narkotik vasitə və psixotrop maddələr çıxdı

22 May, 2017
23:57
2832

Dərman qutusundan narkotik vasitə və psixotrop maddələr çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, baxış zamanı, qutunun içərisində təsiredici maddəsinin ümumi miqdarı 0,044 qram olan buprenorfin, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metadon və təsiredici maddəsinin ümumi miqdarı 1 qram olan tramadol adlı dərman preparatları aşkar edilib.

Xatırladaq ki, buprenorfin “Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına, tramadol isə “Güclü təsir edən maddələr”in siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri