23 
May
2017
09:50
8
156
3259
Virtual karabakh

Bakıda 66 yaşlı kişi öldürüldü

23 May, 2017
09:50
3259

Bakıda 66 yaşlı kişi öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl törədilib.

Oxu.Az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1951-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Məlumata görə, bundan əvvəl B.Baləhmədov E.Ağayevi bıçaqlayıb. Bir ay sonra isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən E.Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri