27 
May
2017
14:51
24
222
5325
Virtual karabakh

Füzulidə silahlı insident olub

27 May, 2017
14:51
5325

Füzulidə silahlı insident olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, mayın 26-da Füzuli rayonunun Araz Yağlıvənd kəndi ərazisində kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin olduğu istiqamətdə tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.

N.Hümbətov Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “Maqnum” markalı ov tüfəngi götürülüb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri