28 
May
2017
11:55
159
20
5620
Virtual karabakh

Sumqayıtda 3 yaşlı uşağın əməliyyatdan sonra ölməsi ilə bağlı məhkəmə iclası keçirilib

28 May, 2017
11:55
5620

Sumqayıtda 3 yaşlı uşağın əməliyyatdan sonra ölməsi ilə bağlı məhkəmə iclası keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

24.05.2017-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsində azyaşlı Arzu Qurbanlının 30.05.2016-cı il tarixində “Real” tibb klinikasında keçirilmiş “Adenotonzillentomiya” əməliyyatınından 9 saat sonra qusaraq, qusuntu kütləsinin nəfəs yollarına düşərək boğulub ölməsi barəsində Sumqayıt şəhər Prokurorluğunun qaldırdığı cinayət işi ilə bağlı hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə ilk məhkəmə iclası keçirildi.

Oxu.Az-a daxil olan məlumata əsasən, hakim ilk sözü ittihamçı prokurora verdi.

O isə öz növbəsində təksirləndirilən şəxsin təksirli bilinməsi barədə qısa arayış verdikdən sonra ilk sualını verdi. “Baş vermiş ölümlə bağlı özünüzü müqəssir bilirsinizmi?” sualına təksirəndirilən şəxs Qənbərov İsmayıl “qətiyyən yox!” cavabını verdi. Sonra zərərçəkmiş şəxslər tərəfindən uşağın anası Xəyalə Qurbanlı dindirildi. Onun çıxışından sonra təksirləndirilən şəxsin vəkili tərəfindən xeyli suallar verildi və cavablandırıldı. Qənbərov İsmayılın verdiyi suallar zalda zərərçəkənin yaxınları tərəfindən hay-küy və etirazla qarşılansa da, hakim tərəfindən sakitliyə riayyət edilməli, əks halda səs küy salanların zaldan çıxarılacağı barədə xəbərdarlıq edildi. Suallar cavablandırıldıqdan sonra söz təksirləndirilən şəxs Qənbərov İsmayıla verildi. İsmayıl həkim bir saata qədər hadisəni təsvir etdi. Günahsızlığını elmi əsaslarla geniş şəkildə izah etdi. Bu zaman istintaqı aparan müstəntiq Əflatun Hüseynovun və ekspertiza rəylərinin heç bir elmi əsaslara və təlimatlara söykənmədiyini izah etdi. Çıxışdan sonra hakim “təkzirləndirilən şəxsə suallar varmı?” müraciət etdi və sözü prokurora verdi. Prokuror isə qısa tərəddüddən sonra nahar vaxtına az qaldığını və sualların növbəti iclasa qədər təxirə salınmasını təklif etdi. Təklif qəbul edildi və məhkəmənin növbəti iclası 07.06.2017-ci il tarixinə qərara alındı. Bununla da məhkəmə iclası bağlı elan edildi.

İclasın gedişində həkim Qənbərov İsmayıl tərəfindən qaldırılan məsələlərin şahidlər və başqa dəlillərlə sübut olunmasına obyektiv şərait yaradacağını bildirdi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri