29 
May
2017
20:06
100
393
30469
Virtual karabakh

Anasını öldürən polis mayorunun oğludur – YENİLƏNİB

29 May, 2017
20:06
30469

Anasını öldürən polis mayorunun oğludur – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Anasının qətlində təqsirli bilinən və haqqında axtarış elan olunmuş şəxs könüllü olaraq polisə təslim olub.

Oxu.Az Report-a istinadla xəbər verir ki, anası Kəmalə Məhərrəmovanın qətlində təqsirli bilinən 1994-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Məhərrəmov Nail Əlövsət oğlu bu gün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

Nail Məhərrəmov ilkin dindirilmə zamanı anasını qətlə yetirdiyini etiraf edib. O, bunu anasının əxlaqdankənar hərəkətlərinə dözə bilmədiyi üçün etdiyini bildirib:

“Dəfələrlə xəbərdarlıq etdim. Bu sənlik deyil dedi. Mən də öldürdüm”.

Hadisə may ayının 27-də Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. Həmin vaxt qətli törədən Nail Məhərrəmov hadisə yerindən qaçıb və haqında axtarış elan olunub. 

16:34

Mingəçevir şəhərində oğlu tərəfindən amansızcasına öldürülən ananın qətlinin bəzi təfərrüatları məlum olub.

Oxu.Az xəbər verir ki, şəhər sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Kamalə Məhərrəmovanı öldürən Nail Məhərrəmov bir neçə ay bundan əvvəl həbsxanadan çıxıb: 

“Nail sabiq polis mayoru Əlövsətin oğludur. Kamalə Əlövsətin ikinci həyat yoldaşıdır. Əlövsətin apteki vardı, Kamalə də orada işləyirdi. Əlövsət dünyasını dəyişəndən sonra apteki Kəmalə Məhərrəmova işlədib. Nail Məhərrəmov 10 il idi ki, həbsdə idi. O, bir neçə ay bundan əvvəl həbsxanadan qayıtmışdı. Anasını başqa şəxslə görüb. Hətta ona bununla bağlı xəbərdarlıq da edib. Nailin anası ilə dəfələrlə dava-dalaşı olub. Yəqin ki, burada həbsxana həyatı da mühüm rol oynayıb.”

Mingəçevir şəhərində Xətai küçəsi 10 ünvanında yaşayan Nail Məhərrəmov anası Kəmalə Məhərrəmovanı qətlə yetirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri