İyn
2017
15:54
55
325
22085
Virtual karabakh

Binəqədidə mühafizə xidmətinin əməkdaşları mağazaya hücum etdi: Xəsarət alanlar var – VİDEO + YENİLƏNİB

8 İyn, 2017
15:54
22085

Binəqədidə mühafizə xidmətinin əməkdaşları mağazaya hücum etdi: Xəsarət alanlar var – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasında baş verən qarşıdurma ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı 13 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Hazırda onların ifadəsi alınır.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb.

10:35

Bu gün səhər saatlarında  Riyad Mühafizə xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib.

Oxu.Az xəbər verir ki, bu barədə mağazadan Qafqazinfo-ya  məlumat verilib.

Xəbərdə mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq  supermarket əməkdaşlarına  ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb. Qarşıdurma zamanı Binəqədi rayon polis idarəsinin, 7-ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirildiyi qeyd olunub.

Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən Daxili işlər Naziri və Baş Prokura müraciət ünvanlanacaq.

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahibi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri