13 
İyn
2017
15:23
135
25
2046
Virtual karabakh

Aleksandr Lapşinin məhkəməsinin vaxtı məlum olub – YENİLƏNİB

13 İyn, 2017
15:23
2046

Aleksandr Lapşinin məhkəməsinin vaxtı məlum olub – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hazırlıq iclası iyunun 22-nə təyin olunub.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun icraatına verilib.

14:33

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşin barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun icraatına verilib. 

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri