14 
İyn
2017
16:49
65
97
5138
Virtual karabakh

Nazir qardaşının pulunu mənimsəyən şəxsin məhkəməsi olub

14 İyn, 2017
16:49
5138

Nazir qardaşının pulunu mənimsəyən şəxsin məhkəməsi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun Oxu.Az-a verdiyi məlumata görə, zərərçəkmiş şəxs məhkəmə prosesinə qatılmayıb. 

Prosesdə ilkin hazırlıq iclası baş tutub. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə  21 iyuna təyin olunub.

Təqsirləndirilən Samir Nəbiyevin himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq həbs edilməyib. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməsini istəyib, əvəzində isə qazancı yarı böləcəyini vəd edib. Təklifə razılaşan Ə.Camalov ona iki dəfəyə 21 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək geri qaytarmayıb.

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri