19 
İyn
2017
12:51
82
31
5780
Virtual karabakh

Polis tərəfindən saxlanılan sabiq prorektor sərbəst buraxılıb – FOTO + YENİLƏNİB

19 İyn, 2017
12:51
5780

Polis tərəfindən saxlanılan sabiq prorektor sərbəst buraxılıb – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müəllimlər İnstitutunun polis tərəfindən saxlanılan sabiq prorektoru sərbəst buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya sabiq prorektor Rahim Əzizov özü məlumat verib.

O qeyd edib ki, ötən gün polis ifadəsini almaq üçün onu saxlayıb: “Abşeron rayon Polis Şöbəsində aparılan cinayət işi ilə bağlı bir müddət əvvəl polis mənim qeydiyyatda olduğum ünvana çağırış göndərib.

Lakin mən həmin ünvanda yaşamadığım üçün çağırış barədə məlumatsız olmuşam və polis barəmdə axtarış verib. Ötən gün ifadə vermək üçün Abşeron rayon Polis Şöbəsinə dəvət olunmuşam, ifadəm alındıqdan sonra sərbəst buraxılmışam”.

11:32

Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Abşeron rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1952-ci il təvəllüdlü Rahim Zaman oğlu Əzizov Nəsimi rayonu ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Əzizov Azərbaycan Müəllimlər İnstitutunun sabiq prorektoru olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri