21 
İyn
2017
12:15
16
358
12584
Virtual karabakh

Qusarda qadının 5 yaşlı qızını öldürməsi ilə bağlı – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

21 İyn, 2017
12:15
12584

Qusarda qadının 5 yaşlı qızını öldürməsi ilə bağlı – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Qusarda azyaşlının öldürülməsi ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

11:10

Qusarda ananın 5 yaşlı qızını zəhərləyərək öldürməsinin bəzi təfərrüatları məlum olub. 

Qusar rayon Polis İdarəsinin növbətçi hissəsindən Oxu.Az-a verilən məlumata görə, saxlanılan Gülnarə Saypullayeva əvvəlcə qızını özü zəhərlədiyini inkar edib.

Daha sonra cinayəti etiraf edən ana, qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi usagı böyütməkdə çətinlik çəkdiyi üçün bu addımı atdığını etiraf edib. 

Gülnarə Saypullayeva barəsində rayon prokurorluğunda CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

10:52

Qusarın Hil kəndində 5 yaşlı övladına zəhər verərək öldürən Gülnarə Taypullayeva barədə kənd icra nümayəndəsi Adil Paşayev danışıb.

İcra nümayəndəsi bildirib ki, G.Taypullayeva qonşu İmamqulu kəndindən işləməyə gəlibmiş: “Burada fermada işləməyə gəlmişdi. Çox da insan arasına çıxmırdı. Həyat yoldaşı isə Şirvanovka kəndindəndir. Bildiyimə görə, yeganə övladları imiş. Rafiq Rəhmanov adlı şəxsin fermasında işləyirdi”. 

Qusar Rayon Polis İdarəsindən isə bildirilib ki, faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

©ölkə

09:59

Qusarda azyaşlı qətlə yetirilib.

Bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Taypullayeva qızı, 2012-ci il təvəllüdlü Taypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Taypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

G. Taypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.

© APA

A.M.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri