21 
İyn
2017
19:31
267
192
18617
Virtual karabakh

Tağı Əhmədov və oğlu məhkəmədə ifadə veriblər – FOTO + YENİLƏNİB

21 İyn, 2017
19:31
18617

Tağı Əhmədov və oğlu məhkəmədə ifadə veriblər – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Günün ikinci yarısında məhkəmənin iclası davam edib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, prosesdə A. Çovdarov biznesmen İlqar Budaqovun dinlənilməsi barədə danışıb.

O bildirib ki, İ. Budaqovun telefonlarının dinlənilməsi üçün məhkəmə qərarı olub: 

“Bir nəfər oğurluq edir, məhkəmədə hakim buna deyir ki, utanmırsan gecə saat 2-də camaatın evinə girib narahat edirsən? Sonra buna iş kəsir, həmin adam həbsdən çıxandan sonra yenə oğurluq edir. Bu dəfə gündüz edir. İş yenə həmin hakimə düşür. Hakim yenə buna deyir ki, sən nə utanmaz adamsan, gündüz oğurluq edirsən. Oğru dözməyib deyir ki, cənab hakim, gecə oğurluq etdim elə dediniz, gündüz də etdim belə dediniz. Bəs mən nə vaxt oğurluq edim? İndi mən də məhkəmə qərarı ilə də dinləmə aparanda günahkar oluram, məhkəmə qərarı olmadan dinləmə aparanda da”.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

15:26

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, prosesdən sonra A. Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, T. Əhmədov istintaq zamanı verdiyi ifadəni təsdiq edib. Onun ifadələri arasında ziddiyyət olduğunu deyən S. Rəsulov deyib ki, hakim həmin ziddiyyətləri aydınlaşdırmağa imkan verməyib: “Akif Çovdarov dedi ki, özü ifadə verəndə Tağı Əhmədov iclasda olsun və Tağı Əhmədovun istintaq zamanı verdiyi ifadə elan edilsin, sonra Tağı Əhmədova sualları olacaq. Lakin məhkəmə buna şərait yaratmadı. Tağı Əhmədov istintaq zamanı verdiyi ifadədə pulu mart ayında verdiyini deyib. Lakin həmin vaxt Tağı Əhmədov ölkə xaricində olub. Səlim Məmmədovun vəkili Cavid Rzazadə ondan tələbi olub-olmamasını soruşduqda Tağı Əhmədov bildirdi ki, “elə bil, “Leyli və Məcnun”a gedib baxırsan, sonra soruşursan ki, Leyli kimdi, Məcnun kimdi. Tələbim aydındır”.

S. Rəsulov bildirib ki, Tağı Əhmədov Eldar Mahmudov işdən azad edildikdən sonra Rəsul Rəsulov adlı MTN əməkdaşına mesaj yazaraq bildirib ki, “Akif Çovdara de, pulu qaytarsın. Bu birincinin göstərişidir”: “Biz Tağı Əhmədovdan birinci şəxs dedikdə kimi nəzərdə tutduğunu soruşduq. O, bildirdi ki, birinci dedikdə özünü nəzərdə tutub, göstərişi özü özünə verib. Akif Çovdarov isə Tağı Əhmədova ded ki, “düzünü danış. Səkkiz il sənin kuratorun olmuşam. Bir dəfə aramızda telefon danışığı olubmu?” Tağı Əhmədov da bunu təsdiq etdi”.

Vəkil bildirib ki, iclasda T. Əhmədovun oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov da ifadə verib. Onlar istintaq zamanı verdiyi ifadəni təsdiq ediblər.

Proses davam edir.

12:53

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, prosesdə Tağı Əhmədov dindirilib. İclasdan sonra T. Əhmədov jurnalistlərə açıqlama verməyib və sualları cavablandırmayıb. O, “sağ olun” deməklə kifayətlənib.

Zərərçəkmiş şəxslər isə bildiriblər ki, Akif Çovdarov iclasda geniş ifadə verib. Vəkillər ondan hansısa tələblərinin olub-olmamasını soruşublar. O, dəymiş ziyanın ödənilməsini istəyib: “Leyli Məcnunu hamı oxuyub. Orada Məcnun nə istəyir hamı bilir. Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Mən Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O, bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi”.

T. Əhmədov ona 3 milyon manat ziyan dəydiyini, həmin məbləğin ödənilməsini istəyib.

12:20

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə “Bakı Metropolitieni” ASC-nin sabiq rəisi Tağı Əhmədovun zərərçəkmiş qismində ifadə verəcəyi gözlənilir. T. Əhmədov bu gün məhkəməyə gəlib və iclasda iştirak edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri