21 
İyn
2017
16:57
18
334
7211
Virtual karabakh

Daşkəsəndə ana və körpəsini qətlə yetirən şəxs tutuldu – YENİLƏNİB

21 İyn, 2017
16:57
7211

Daşkəsəndə ana və körpəsini qətlə yetirən şəxs tutuldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Rafiq Məmmədov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

13:30

Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Ələkbərov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib.

İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib. 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törədən R.Məmmədovun axtarışları davam edir.

12:48

Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə qətlə yetirib.

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri