21 
İyn
2017
15:21
247
18
7762
Virtual karabakh

Bakıda azyaşlıya təcavüz edən şəxs saxlanıldı

21 İyn, 2017
15:21
7762

Bakıda azyaşlıya təcavüz edən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qaradağ rayonunda aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı uşağa təcavüz etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycana hüquq-mühafizə orqanlarından bildiriblər.

Polisdən verilən məlumata görə,  onlara Sahil qəsəbəsinin 73 yaşlı sakini müraciət edib və bildirib ki, onun 10 yaşlı nəvəsinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.

Həmin şəxs  cinayətkarı tanımadığını deyib.

Aparılan əməliyyat istintaq tədbirləri çərçivəsində həmin şəxs müəyyənləşdirilərək saxlanılıb.

Saxlanılan Sahil qəsəbəsi sakini, 1988-ci il təvəllüdlü Teymur Məmmədovdur (ad və soyad dəyişdirilib).

Həmin şəxslə bağlı  AR CM 150.4 maddəsi üzrə cinayət işi başlanılıb.  

Hazırda fakt üzrə istintaq davam edir. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri