21 
İyn
2017
17:42
279
35
7134
Virtual karabakh

“Lotu Quli”nin yaxınlarına hökm oxunacaq

21 İyn, 2017
17:42
7134

“Lotu Quli”nin yaxınlarına hökm oxunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilənlər - Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin BağırovAriz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslərə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək onların hər birinin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Adıçəkilən şəxslər özlərini “Lotu Quli”nin qardaşı “Lotu Namiq”in adamları kimi təqdim edərək, “Şeron” qrupunun sabiq üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovu silahla hədələyərək hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər. Bir qədər sonra isə tələb olunan pulların verilməsi müddətini artırmaq üçün onlardan 1000 dollar alıblar. Ardınca isə İ.Məmmədovun “Mercedes Benz S-Class” markalı maşınını əlindən alaraq 10 min manatla əvəz ediblər.

Onların növbəti qurbanı isə Ramin Qasımov olub. Ondan birinci dəfə 4 min dollar alıblar, ikinci dəfə 12 min dolları alarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

İttiham olunan şəxslərdən biri, Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mülki mühafizəçi olub, istintaq zamanı onun barəsindəki cinayət işinə xitam verilib və o, təcridxanadan azadlığa buraxılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri