22 
İyn
2017
09:48
62
30
11099
Virtual karabakh

Sürücülərin nəzərinə: Bunu bilməsəniz, ziyana düşərsiniz – VİDEO

22 İyn, 2017
09:48
11099

Sürücülərin nəzərinə: Bunu bilməsəniz, ziyana düşərsiniz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobilin içinə daxil olan su, sürücünü 700 manat ziyana salıb. Mütəxəssislər isə əksər sürücünün xəbərsiz olduğu avtomobildəki rezin kipkəclərin sıradan çıxması nəticəsində bu halın baş verdiyini bildirirlər. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Ustaların sürücülərə məsləhəti var. 

Oxu.Az xəzərxəbər-ə istinadən məlumat verir ki, görüntüləri çəkən avtokimyəvi təmizləmə üzrə mütəxəssis bildirir ki, avtomobilin bu hala düşməsinə səbəb, əsasən, müasir nəqliyyat vasitələrinin alt hissəsində olan rezin kipkəclərin sıradan çıxmasıdır.

Mütəxəssislər deyirlər ki, buna görə də istehsal ili 5 ildən çox olan avtomobilin sürücüləri belə kipkəcləri yoxlatdırsa, yaxşıdır.

Bundan başqa, avtomobil ön alın şüşəsinin kənarında və əgər varsa, lyukun kənarında drenaj sistemi olur ki, avtomobilin üstünə tökülən yarpaq və yaxud tozdan yaranan palçıq nəticəsində bura tutulur, bu zaman avtomobilin içinə su daxil ola bilir.

Hər sürücü artıq xərcə düşməmək üçün fəsildən asılı olmayaraq, avtomobilin drenaj sistemlərini yoxlatdırmalı və mütəmadi olaraq təmizlətməlidir. 

E.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri