22 
İyn
2017
13:25
116
60
6895
Virtual karabakh

Gürcü “qanuni oğrular” Yunanıstanı böldülər

22 İyn, 2017
13:25
6895

Gürcü “qanuni oğrular” Yunanıstanı böldülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq Sovet İttifaqı ölkələrindən çıxan cinayətkar qrupların üz tutduqları növbəti məkan Yunanıstan olub. 

Oxu.az bu barədə “Prestupnaya Rossiya”ya istindən xəbər verir. 

İtaliyada nəşr olunan "La Stampa" qəzetinin yazdığına görə, xarici mafiya artıq Yunanıstandakı mühüm iqtisadi sektorları ələ keçirib.

Yunanıstan Avropanın digər ölkələrinə çıxış kimi istifadə edilir. Nəşrin məlumatına görə, "oğru"ların hakimiyyəti korrupsiyaya sövq etmək üçün kifayət qədər maddi vəsaiti var və bu, onlara iqtisadiyyata təsir imkanları verir.

Mənbə bildirib ki, hazırda Yunanıstan 100-ə yaxın "oğru"nun təsiri altındadır.

Hazırda Yunanıstanda 400 minə yaxın Gürcüstan əsilli vətəndaşın yaşadığı deyilir ki, onların da böyük əksəriyyəti ötən əsrin əvvəllərində Osmanlı İmperiyasından əvvəlcə Gürcüstana, oradan isə Yunanıstana köçənlərdir. 

SSRİ-nin dağılması faktoru da bu prosesə təsir edib. M.Saakaşvilinin "oğru"lara qarşı müharibə elan etməsi ölkəni tərk edən “kriminal general”ların və yaxın ətrafının sayını artırıb. "Qanuni oğru"ların əsas planı Yunanıstanı kokainin Avropaya ötürülməsində əsas mərkəz halına gətirməkdir. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri