22 
İyn
2017
13:58
76
38
4863
Virtual karabakh

Təcridxanada uşaq dünyaya gətirən qadına hökm oxunub

22 İyn, 2017
13:58
4863

Təcridxanada uşaq dünyaya gətirən qadına hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülşən Bəkirova, Zoya NadirovaXalidə Bəkirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, G. Bəkirova 8 il, X. Bəkirova 8 il 6 ay müddətinda azadlıqdan məhrum edilib.

Z. Nadirova isə 3000 min manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 6-da Yaşar Feyzullayevə məxsus evdən 220 manat pul və qızıl əşya oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gülşən Bəkirova tutulub, digər 2 nəfər müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 10-da Səyyarə Əliyevaya məxsus evdən 270 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Xatırladaq ki, X. Bəkirova İstintaq Təcridxanasında uşaq dünyaya gətirib.

Z. Nadirova barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri