23 
İyn
2017
15:15
18
341
22596
Virtual karabakh

Bakıda sevgidən törənən cinayət: Ölən və yaralananlar var – FOTO + TƏFƏRRÜAT + YENİLƏNİB

23 İyn, 2017
15:15
22596

Bakıda sevgidən törənən cinayət: Ölən və yaralananlar var – FOTO + TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sovetski”də 1 nəfəri öldürüb, iki nəfəri yaralayan şəxs saxlanıldı

İyunun 23-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonu ərazisində İbrahim Əbilov küçəsi 60 ünvanında (keçmiş Sovetski) yerləşən mənzilə basqın edib qətl törədən şəxs tutulub. 

Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, həmin ünvanda 28 yaşlı Əliyeva Mahirə Tofiq qızını bıçaqlayaraq öldürən, ev sahibi Mətanət Həsənova və oğluna isə xəsarətlər yetirən şəxsin 1991-ci il təvəllüdlü Sənan Məmmədov olması müəyyən edilib və o tutulub. 

Məlum olub ki, S.Məmmədovla Mahirə Əliyeva bir müddət qeyri-rəsmi nikahda yaşayıb. Sonra qadın ondan ayrılıb və Mətanət Həsənovanın evində kirayə yaşamağa başlayıb. Ünvanı öyrənən Sənan ötən gecə 3 dostu ilə ora gəlib və Mahirəni aparmağa çalışıb. Qadının müqavimət göstərdiyini görən ev sahibəsi ilə oğlu müdaxilə etməyə çalışıb və bu zaman qanlı cinayət baş verib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. 

12:00

Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.

Hazırda hadisəni digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən gecə paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

Dostlarının köməyilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq,  Mahirə Əliyeva xəstəxanada keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

11:25

İyunun 22-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində bir nəfəri qətlə yetirib, iki nəfərə xəsarət yetirən şəxs saxlanılıb. 

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiklləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

09:00

Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.  

Oxu.Az apa.az-a istinadən xəbər verir ki, insident paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetiriblər.    
 
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.

Faktla bağlı polis əməliyyat-axtarış tədbirləri həyata keçirir. 

A.H

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri