23 
İyn
2017
10:04
22
349
21573
Virtual karabakh

Məhkəmə “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb

23 İyn, 2017
10:04
21573

Məhkəmə “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə Bakıda “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.

Bakı şəhər prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib və o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.

Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri