23 
İyn
2017
12:35
14
298
10768
Virtual karabakh

Anası beş yaşlı uşağı niyə öldürdü? Kənddən reportaj – VİDEO

23 İyn, 2017
12:35
10768

Anası beş yaşlı uşağı niyə öldürdü? Kənddən reportaj – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar rayonunda anası tərəfindən zəhərlənərək öldürülən 5 yaşlı qızcığazın acı taleyi bütün Azərbaycanı kövrəltdi.

Oxu.Az xəbər verir ki, Xəzər TV-nin əməkdaşları həmin hadisənin baş verdiyi Qusarın Hil kəndində olub, hadisənin təfərüatları ilə maraqlanıb.

Qusar rayonunun Hil kəndində, fermada yaşayan balaca Luiza Saypullayevanın dünyadan köçməsinə səbəb isə anasının onun içdiyi südə zəhər qatmasıdır.

İyunun 14-də baş verən bu hadisənin təfərüatları bir neçə gün öncə balaca qızcığazın anası Gülnarə Saypullayevanın polisə verdiyi ifadəsindən sonra məlum olub. Kənd sakinləri isə eşitdikləri qarşısında şoka düşüblər.

Kənd sakinləri bildirir ki, südün içinə dərman qatıb uşağa içirən ana, uşağın halının pisləşdiyini görəndə çalışdığı fermanın sahibi Rafiq adlı şəxsə müraciət edib və həmin şəxs də uşağı xəstəxanaya aparmaq istəyib. Onlar qonşu kənddə olarkən uşaq yolda keçinib. Fermada olanlar isə müsahibə vermək istəməyib və həmin ailənin cəmi 2 aydır ki, fermada fəhlə olaraq çalışdığını bildiriblər.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə baş verməmişdən bir gün əvvəl Gülnarə Saypullayeva 5 yaşlı Luizanı evdə tək qoyaraq anası gilə, Xaçmaza gedib. Hadisə də o qayıtdıqdan sonra baş verib.

Gülnarə Saypullayeva polisə verdiyi ilkin ifadəsində uşağı ilan sancdığını bildirib. Ekspertizanın cavabından sonra məlum olub ki, balaca qızcığaz zəhərlənib . Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa verdiyini deyib. Hazırda faktla bağlı cinayət işi başlanıb, uşağını öldürməkdə şüphəli bilinən ana saxlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri